“Şuşa ili”nə həsr olunmuş marka dövriyyəyə buraxıldı- FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC “Şuşa 270 il” mövzusunda 21 adda markadan ibarət kolleksiyanı dövriyyəyə buraxıb.

“azirliyin yaydığı məlumata görə, Şuşanın tarixi, memarlığı, ədəbi mühiti, musiqi və etnik mədəniyyəti, eləcə də flora və faunasını əks etdirən markaların hər biri yüksək tirajla dövriyyəyə buraxılıb.

Markaların “söndürülməsi” proseduru “Azərpoçt” MMC-də keçirilib. Tədbirin açılışını edən “Azərpoçt” MMC-nin İdarə heyətinin sədri Əfqan Cəlilov çıxışında Qarabağın, o cümlədən Şuşa şəhərinin tarixi kimliyinin təqdimatı və təbliğatı istiqamətində atılan hər bir addımın, miqyasından asılı olmayaraq, görülən işlərə, xüsusilə informasiya müharibəsinə mühüm dəstək olduğunu vurğulayıb.

Tədbirdə iştirak edən Azərbaycan Filatelistlər İttifaqının sədri Namiq Əliyev həyata keçirilən layihəyə görə “Azərpoçt” kollektivinə öz təşəkkürünü bildirib. Həmçinin son dövrlərdə Azərbaycan markasevərlər cəmiyyəti ilə digər ölkələrin filatelistləri arasında münasibətlərin inkişafının Azərbaycan həqiqətlərinin təbliğatı baxımından vacibliyini qeyd edib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov bildirib ki, bu gün ərsəyə gələn markalar əslində bir il boyu, onlarla adamın birgə işlədiyi çətin prosesin nəticəsidir. Bu markalar öz növbəsində təbliğat dayışıcıları kimi “getdikləri” hər yerə ölkəmizin məlumatlarını çatdırırlar.

Xatırladaq ki, “Azərpoçt” 2022-ci il ərzində “Şuşa – şəhid övladlarının gözü ilə” mövzusunda 9 markadan ibarət poçt bloku da dövriyyəyə buraxıb. Həmin markalarda istedadlı şəhid övladlarının Şuşanı tərənnüm edən rəsm əsərləri əksini tapıb.

Əvvəlki məqalə

Hikmət Hacıyev Türkiyə səfirini qəbul edib

Sonrakı məqalə

Baş Prokurorluğun Mətbuat xidmətinə rəhbər təyin olunub