“Səfirliyə hucum Londonun məsuliyyətini gündəmə gətirir” –Zaur İbrahimli

“Azərbaycan səfirliyinə hücum Böyük Britaniyanın da ev sahibi dövlət kimi məsuliyyətini gündəliyə gətirir”.
Azpost.info bildirir ki, bu barədə politoloq Zaur İbrahimli bildirib.
Onun sözlərinə görə, 18 aprel 1961-ci ildə qəbul edilmiş “Diplomatik əlaqələr haqqında Konvensiya”nın 22-ci maddəsinə əsasən Nümayəndəlik binaları toxunulmazdır. Nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir.
“Bu baxımdan Azərbaycan səfirliyinə hücum hadisəsi ilə əlaqədar rəsmi Londonun da məsuliyyətini müzakirə etməliyik. Ümid edirik ki, çoxəsrlik diplomatiya ənənələri ilə öyünən Böyük Britaniya Vyana Konvensiyası ilə nəzrdə tutulan xüsusi vəzifəsini layiqincə yerinə yetirəcək”.
Z.İbrahimli deyib ki, rəsmi London Azərbaycan səfirliyinə hücum edənlərin layiqli cəza alması və bir daha bu cür halların təkrarlanmaması üçün bütün mümkün addımları atacağına ümid edir. “Böyük Britaniyanı Azərbaycan cəmiyyətində dost, müttəfiq ölkə kimi dəyərləndirirlər, ümid edirik ki, London bu gözləntilərə adekvat addımlar atacaqdır”.
Qeyd edək ki, 4 avqust 2022-ci il tarixində Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Radikal dəstə səfirliyin binasına daxil olaraq, binanın eyvanında dini bayraqlar qaldırıb, radikal dini şüarlar səsləndiriblər.
Əvvəlki məqalə

“Sizin birbaşa iştirakınızla məsələ həll olundu”

Sonrakı məqalə

“Snickers” və “Mars”ın istehsalçısı Çindən üzr istədi