“Təəssüf ki, koronavirus müharibəsi başlandı” –

Prezidentin köməkçisi Hikmət Hacıyev
10 İyul 2020 - 18:30

Prezidentin köməkçisi Hikmət Hacıyev Səhiyyə Nazirliyi ilə TƏBİB arasında səlahiyyət bölügüsü ətrafında olan vəziyyətə aydınlıq gətirib.

Azpost.info-nun məlumatına görə, H.Hacıyev deyib ki, Azərbaycanda koronavirusa qarşı mübarizədə bütün dövlət strukturlarının fəaliyyəti qarşılıqlı əlaqə şəraitində həyata keçirilir.

Hacıyev deyib ki, Azərbaycanda səhiyyə sistemində islahatların aparılması nəzərdə tutulurdu: “Təəssüf ki, koronavirus müharibəsi başlandı. Bu səbəbdən TƏBİB və Səhiyyə Nazirliyi arasında təhsil-təslim, səlahiyyətlərin bölgüsü tam başa çatmayıb. Ona görə də hər iki qurumun birgə fəaliyyəti təşkil olunur. Məqsəd koronavirusa qarşı mübarizənin effektiv aparılmasıdır”.