TƏBİB meymunçiçəyinin əlamətlərini açıqlayıb

TƏBİB dünyanın bir çox ölkəsində yayılmış meymunçiçəyi xəstəliyinin əsas əlamətlərini açıqlayıb.

Əlamətlər baş ağrıları, bədənin hər hansısa hissəsində yaranan qabarıq səpgilər, yüksək hərarət, düz bağırsaqda iltihab və ağrı, limfa düyünlərində şişkinlik və əsasən bel ağrıları ilə özünü biruzə verə bilər.

“Əgər meymunçiçəyi xəstəliyinə yoluxduğunuzu düşünürsünüzsə həkiminizlə əlaqə saxlayın. Daha sonra həkim tövsiyəsinə uyğun olaraq meymunçiçəyi ilə bağlı test verin. Meymunçiçəyindən qorunmaq üçün əllərinizi tez-tez sabun ilə yuyun, dezinfeksiyaedici vasitələrdən istifadə edin. Xəstəliyin simptomlarını hiss etdiyiniz insanlarla ünsiyyətdən çəkinin, onlarla aranızda fiziki məsafə saxlayın”, – məlumatda qeyd olunur.

Azpost.info

Əvvəlki məqalə

Jozep Borrel Pelosinin Tayvana səfərini şərh etdi

Sonrakı məqalə

Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə rejimi təsdiq edilib