“Tələbəsinə övladı kimi baxa bilməyən məşqçi…” –Adil Əliyevdən REAKSİYA

“Məşqçilik edə bilməyən, tələbəsinə övladı, əzizi kimi yanaşa bilməyən şəxslər titullarının nə olmasından asılı olmayaraq, bu fəaliyyətlə məşğul olmamalıdır”.

Azpost.info bildirir ki, bu sözləri Milli Məclisin sədr müavini Adil Əliyev idman zalında məşqçinin xəsarətindən ölən 7 yaşlı uşaqla bağlı hadisəyə münasibət bildirirəkən yazıb.

Vitse-spiker qeyd edib  ki, Sumqayıtda yerləşən 19 nömrəli məktəbin idman zalında 7 yaşlı Fərid Bakarovun ölməsi hamını  kədərləndirib. “Məşqçi tərəfindən baş verən və Fərid balanın ölməsi ilə nəticələnən hərəkəti şiddətlə qınayır, ailəsinə və yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verirəm. İdman məşqçisinin törətdiyi qəddarlıq hərəkətinə isə hüquq mühafizə orqanları və məhkəmə tərəfindən ən ağır cəza veriləcəkdir. Məşqçilik edə bilməyən, tələbəsinə övladı, əzizi kimi yanaşa bilməyən şəxslər titullarının nə olmasından asılı olmayaraq, bu fəaliyyətlə məşğul olmamalıdır”.

Əvvəlki məqalə

“Rusiya gündəlik neft hasilatını 500 min barel azaldacaq”

Sonrakı məqalə

Sülhməramlıların yeni komandanı Bakıya gəldi –