“Təxribatçı qüvvələrlə bağlı hüquq-mühafizə orqanları tədbir görəcək”- Milli Məclis

“Dünən yürüş iştirakçılarını bir hissəsi qanunsuz olaraq Milli Məclisin binasına daxil olub və dağıntılar törədiblər”.

APA-nın məlumatına görə, bunu bu gün Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Əliyev bildirib.

C.Əliyev deyib ki, polis dağıntı törədən həmin şəxsləri binadan çıxarıb: “Hazırda Baş Prokurorluq hadisə ilə bağlı araşdırma aparır. Milli Məclisin binasına və inventarına nə qədər zərər vurulduğu araşdırılacaq”.

C.Əliyev qeyd edib ki, hazırkı dövr həssas yanaşma tələb edir: “KİV-dən də Milli Məclisə həssas yanaşmağı istəyirik. Təxribatçı qüvvələrlə bağlı hüquq-mühafizə orqanları tədbirlər görəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avronun dollara qarşı məzənnəsi dördaylıq maksimuma çatıb

Sonrakı məqalə

“Zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər müvafiq tədbirlərə cəlb edilə bilərlər”