Tanınmış türk aktrisası və qızı zəlzələdə həlak oldu –FOTO

Kahramanmaraşda baş verən və 10 vilayətdə böyük dağıntılara səbəb olan zəlzələlərdə “Bir Zamanlar Çukurova” filminin aktyorlarından Emel Atıcı və qızı Hande Püryan həlak olub.

Serialın prodüser şirkəti “Tims & B” sosial media hesabından başsağlığı mesajı yayımlayıb.

Paylaşımda deyilir: “Bir Zamanlar Çukurova” serialımızın dəyərli aktrisası Emel Acı və qızı Püryan Atıcının ölkəmizdə baş verən zəlzələ faciəsində itkisi bizi çox kədərləndirdi. Emel Atıcı və sevimli qızına, zəlzələdə həyatını itirən bütün vətəndaşlarımıza Allahdan rəhmət, onların ailələrinə və yaxınlarına başsağlığı veririk”.

Aktrisa Sibel Taşçıoğlu eyni serialda rol aldığı həmkarı Emel Atıcı üçün “Əziz dostumuz Emel Atıcı, Allah rəhmət eləsin. Mekanı cənnət olsun”, – deyərək üzüldüyünü bildirib.

Əvvəlki məqalə

Azərbaycanlı xilasedicilər 105 saatdan sonra yeniyetməni xilas edib

Sonrakı məqalə

TÜİB başqanı köhnə avtomobili ilə yardım daşıyan Sərvəri Türkiyəyə göndərir