“Tapılan meyit qalıqlarının bir neçəsinin kimliyi müəyyən edilib”

“I Qarabağ müharibəsində itkin düşən şəxslərin valideynləri bu gün də bizə müraciət edir”.

Bunu Baş prokuror Kamran Əliyev Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə deyib.

Baş prokuror bildirib ki, dəfələrlə Ermənistandan olan həmkarı ilə görüşdə bu məsələni qaldırıb: “Amma təəssüf ki, onlar bundan yayınırlar və məsuliyyəti üzərindən atmağa çalışırlar. Biz hər itkin düşmüş şəxsin 2-3 qohumundan DNT nümunələri götürmüşük. Meyit qalıqları aşkarlandıqca, onların şəxsiyyətlərini müəyyən etməyə çalışırıq. Artıq onların bir neçəsinin kimliyi müəyyən edilib. Aşkarlanan kütləvi məzarlıqlar itkin düşmüş şəxslərin sayının azaldılmasında bizə kömək edəcək”. (APA)

Əvvəlki məqalə

Prezident İlham Əliyev Praqaya səfərə gedib –

Sonrakı məqalə

“O videolarda saxta elementlər də var…” –