1829 – Osmanlı İmperiyası və Rusiya Ədirnə müqaviləsini imzalayıblar.
1867 – Karl Marksın “Kapital” əsərinin birinci cildi nəşr olunub.
1886 – ABŞ-da yazı makinası lenti patentləşdirilib.
1906 – Vilnada Belarus dilində ilk rəsmi səlahiyyətli Belarus ictimai-siyasi qəzeti olan “Bizim payımız” nəşr olunub. Qəzet Belarus Sosialist Birliyinin bir qrup lideri tərəfindən nəşr edilmişdir. Qəzetin ilk nömrəsi 1906-cı il sentyabrın 1-də işıq üzü görüb. İlk buraxılışın birdəfəlik tirajı 10 min nüsxə idi. Ümumilikdə 6 nömrəsi çap olunub, onlardan 5-i müsadirə edilib; 7-cisi hələ “setdə” olarkən məhv edildi. Məhkəmənin 1907-ci il yanvarın 11-də çıxardığı hökmə əsasən qəzetin fəaliyyəti qadağan edildi, redaktoru bir il müddətinə azadlıqdan məhrum edildi.
1917 – Rusiya respublika elan edilib və monarxiyanın rəsmi olaraq devrildiyi elan olunub.
1959 – SSRİ-nin avtomatik planetlərarası stansiyası sayılan “Luna-2” dünyada ilk dəfə Ayın səthinə çıxıb.
1960 – Neft İxrac edən Ölkələrin Beynəlxalq Hökumətlərarası Təşkilatı (OPEC) təsis edilib.
1984 – Atəşli hava şarında dünyanın ilk Atlantik okeanı üzərindən uçuşu. Bunu təqaüdçü amerikalı hərbi pilot Cozef Kittinger edib.
2000 – Microsoft Windows Milennium Edition əməliyyat sistemini buraxdı.
2015 – Qravitasiya dalğaları kəşf edilib.
Oqtay Qorçu