“Tarixi qərardır!”- Zelenski Putinin həbsinə order verilməsini şərh etdi

“Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinin həbsinə order verməsi tarixi qərardır”.

Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

“Bu, tarixi məsuliyyətin başlayacağı tarixi qərardır”, – Ukrayna lideri bildirib.

Zelenski Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanın komandasına, məhkəmənin özünə, Ukraynaya ədalət uğrunda mübarizədə kömək edən hər kəsə təşəkkür edib.

Xatırladaq ki, məhkəmə Putini uşaqların qanunsuz deportasiyası və insanların Ukraynadan Rusiyaya qanunsuz köçürülməsində təqsirli bilib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan nefti ucuzlaşıb

Sonrakı məqalə

“Tehran Minsk üçün etibarlı tərəfdaşdır”