““Taxıl sazişi” daha 120 gün müddətinə uzadıldı”- ZELENSKİ qərarı açıqladı

Ukrayna prezidenti Vladimir Zelenski “taxıl sazişi”nin uzadılması ilə bağlı xəbərləri təsdiqləyib.

Azpost.info xəbər verir ki, Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov bugünkü açıqlamasında sazişin 120 gün müddətinə uzadıldığını bildirmişdi. Onun sözlərinə görə, bu qərar İstanbulda keçirilən danışıqlarda verilib.

“Taxıl sazişi”nin müddəti 120 gün uzadılıb. Ukrayna BMT Baş katibi Antonio Quterres və Türkiyə Prezidenti Tayyip Ərdoğanla birlikdə ərzaq böhranı ilə qlobal mübarizədə əsas qərarı qəbul etdi”, – Zelenski “Tviter” səhifəsində yazıb.

O əlavə edib ki, hazırda BMT və Türkiyənin məsələ ilə bağlı rəsmi açıqlamaları gözlənilir.

Azpost.info

Əvvəlki məqalə

“Rusiya və ABŞ Polşada toqquşmadan qaça bildilər”

Sonrakı məqalə

Qadağan edilən film sabahdan Pakistanda nümayiş olunacaq –