“Taxt-tac oyunları” filminin məşhur aktyoru koronavirusdan sağaldı –FOTO

“Taxt-tac oyunları” teleserialında Tormund rolu ilə yadda qalan məşhur aktyor Kristofer Hivyu və xanımı koronavirusdan sağalıblar.

RT-nin məlumatına görə, bu barədə aktyor özünün “Instagram” səhifəsində bəyan edib.

“Biz tam sağalmışıq və özümüzü yaxşı hiss edirik. Bəxtimiz gətirdi ki, COVID-19-un yüngül simptomlarını hiss etdik. Dəstəyinizə görə minnətdarıq və xahiş edirik, diqqətli olun, məsafəni qoruyun, əllərin gigiyenasına fikir verin və ən əsası, bir-birinizin qayğısına qalın”, – deyə Hivyu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Moskvada koronavirusdan ölənlərin sayı 100-ü keçib

Sonrakı məqalə

Misirdə son sutkada yeni növ koronavirusdan 14 nəfər ölüb