Taxta bazarında yanğının söndürülməsi davam edir –Polis əraziyə cəlb edilib /FOTO

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

FHN-dən verilən xəbərə görə, qüvvələrin operativ müdaxiləsi sayəsində qısa müddətdə yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, təhlükəsizlik tədbirləri görülür.

Əvvəlki məqalə

Bakcell 25 Apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!

Sonrakı məqalə

Ərdoğan HƏMAS yetkilsi ilə Qəzzanı müzakirə edib