Tbilisi prospekti təmirdən sonra açıldı

Paytaxtın Tbilisi prospektində tətbiq olunan məhdudiyyət tam aradan qaldırılıb.

Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.

Prospektdə görülən təmir-bərpa işləri hazırda hərəkət iştirakçılarının yoldan rahat və təhlükəsiz istifadəsinə imkan yaradıb. AAYDA tərəfindən aparılan təmir işləri sözügedən prospektdə hərəkət intensivliyi nəzərə alınaraq, əsasən gecə saatlarında, eləcə də həftəsonları icra edilərək qısa müddət ərzində yekunlaşıb. Zərurət yarandığı hallarda gecə saatlarında başlanılan təmir işlərinin icrası gündüz saatlarında da davam etdirilib. Bütün bu müddət ərzində hərəkət iştirakçılarının təhlükəsizliyi üçün DYP tərəfindən qabaqlayıcı tədbirlər görülüb.

Belə ki, təmirlə əlaqədar yolda tətbiq olunan məhdudiyyətlər, eləcə də hərəkətin təşkili ilə bağlı görülən tədbirlər barədə DYP tərəfindən əvvəlcədən ictimaiyyətə geniş məlumat verilib, habelə təmir işlərinin aparıldığı müddətdə sutka ərzində xidmətə cəlb olunan YPX əməkdaşları sürücü və piyadaların yoldan təhlükəsiz və fasiləsiz istifadəsi üçün şərait yaradıblar, bütün qüvvə və vasitələrdən istifadə olunmaqla hərəkət iştirakçılarının məmnunluğu təmin edilib.

Əvvəlki məqalə

Putinlə rəqs edən nazir təhdidlərdən sonra Livana köçüb

Sonrakı məqalə

“Qiymətlərdə ciddi artımlar baş verir və ərzaq qıtlığı real təhlükəyə çevrilir” –