Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinin 3-cü kurs tələbəsi Musayeva Aytən İlkin qızı dünyasını dəyişib.
Azpost.info xəbər verir ki, bu barədə universitetin mətbuat xidməti məlumat yayıb.
“Azərbaycan Tibb Universitetinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri adından mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk! Allah rəhmət eləsin!”, – məlumatda deyilir.
Məlumata əsasən, A.Musayeva iki gün öncə yüksək temperaturla xəstəxanaya yerləşdirilib. Onun sepsisdən vəfat etdiyi bildirilir.
Azpost.info