Tovuzda 25 yaşlı gənci qatar vurub

Daha bir piyada diqqətsizliyi ağır qəzaya səbəb olub.

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən  bildirilib ki, dekabrın 9-da saat 00:00 radələrində ADY-yə məxsus lokomotiv Tovuz-Qovlar mənzilində hərəkətdə olarkən 1998-ci il təvəllüdlü Tovuz rayonunun Hacıhəsənli kənd sakini Eldəniz İsmayıl oğlu Cəfərov dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib.

Maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və həmin şəxs hadisə yerində ölüb.

Əvvəlki məqalə

Bu gündən ölkədə prezidentliyə namizədlər irəli sürülə bilər

Sonrakı məqalə

Yer kürəsində karbon qazının səviyyəsi 14 milyon il əvvəlki göstəriciyə çatıb