Tovuzda qayınatasını bıçaqlayan kürəkən saxlanılıb

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb. 1984-cü il təvəllüdlü Fərhad Yusibov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

O, dərhal əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə F.Yusibovu kürəkəni bıçaqlayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Fərhad Yusibovu bıçaqlamaqda şübhəli bilinən Əvəz Babayev saxlanılaraq istintaqa təhvil verilib.

Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.