“Operativ Qərargah tərəfindən bu yaxınlarda bəzi qərarlar elan olunacaq”. Bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva AzTV-nin "Günbaşladı" proqramında deyib. O bildirib ki, insanların kütləvi toplaşmasına səbəb olan mərasimlər, şadlıqların necə keçirilməsi ilə bağlı məsələlər müzakirə edilir: “Bunlarla bağlı bəlli qaydalar hazırlanır”.