Amerikalı milyarder İlon Mask respublikaçı namizəd Donald Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə onu öz məsləhətçisi təyin edəcəyinə dair xəbərləri şərh edib.
Azpost.info xəbər verir ki, Mask bildirib ki, bu məsələ heç vaxt müzakirə edilməyib.
“Potensial Tramp administrasiyasındakı rolumla bağlı heç bir müzakirə aparılmayıb”, – Mask X hesabında yazıb.
“The Wall Street Journal” isə iddia edir ki, Mask və Tramp belə bir təyinatı müzakirə ediblər. Nəşr yazır ki, ikilinin görüşü mart ayında milyarder Nelson Peltsin Floridadakı malikanəsində baş tutub.
“Tramp hesab edir ki, Tesla rəhbəri ABŞ sərhədlərində təhlükəsizlik məsələlərinə və ölkə iqtisadiyyatına nəzarət edə bilər”, – nəşr qeyd edir.
Azpost.info