Tramp Səudiyyədə Suriya Prezidenti ilə görüşəcək

ABŞ Prezident Donald Tramp mayın 14-də Səudiyyə Ərəbistanında Suriyanın yeni Prezidenti Əhməd Əl Şaraa ilə görüşəcək.

Bu barədə Ağ ev rəsmisi məlumat verib.

Qeyd edək ki, ABŞ administrasiyası hələ də Suriyadakı yeni hökuməti tanımayıb.

Bununla yanaşı, Bəşər Əsəd dövründə Dəməşqə tətbiq edilən sanksiyalar da qüvvədə qalır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.