Tramp Zelenskinin Ukraynaya səfər təklifindən imtina edib

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Vladimir Zelenskinin Ukraynaya səfər təklifini rədd edib.

Bu barədə “Newsmax” televiziya kanalı məlumat yayıb.

“Mən prezident Zelenskiyə hörmət edirəm. Lakin inanıram ki, hazırda Ukraynaya səfər etmək yersizdir”, – deyə Tramp bildirib.

Tramp bildirib ki, o Baydenlə bu məsələd konflikt yaratmaq istəmir

Xatırladaq ki, Zelenski NBC televiziyasına müsahibəsində Trampı Ukraynaya dəvət edib. Tramp prezident olacağı təqdirdə Ukrayna ilə müharibəni 24 saata dayandıra biləcəyini bəyan etmişdi. Zelenski müsahibəsində buna etiraz edib və sabiq prezidenti Kiyevə çağırıb.

Əvvəlki məqalə

Masallıda ata qızını bıçaqla qətlə yetirib

Sonrakı məqalə

Bakıda 16 yaşlı qız itkin düşüb –