ABŞ-ın keçmiş prezidenti Donald Trampın köməkçisi Riçard Qrenell Ukrayna ilə bağlı gözlənilməz plan təklif edib.
Azpost.info bildirir ki, bu barədə Bloomberg xəbər verir. Qrenel hesab edir ki, Ukraynada muxtar zonalar yaratmaq lazımdır.
Qrenellin sözlərinə görə, muxtar vilayətlərin köməyi ilə Ukrayna öz ərazisinin bütövlüyünü qoruya və sülhə nail ola biləcək. O, belə zonaların yaradılmasının təfərrüatlarının işlənib hazırlanmasını təklif edib.
Bundan əlavə, Qrenell əmindir ki, Zelenskinin tələblərinə baxmayaraq, Ukrayna NATO-ya qəbul edilməməlidir.