Almaniya kansleri Olaf Şolts əmin olduğunu bildirib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla birlikdə Ukraynadakı münaqişənin həlli üçün ümumi strategiya işləyib hazırlamaq olar.
Azpost.info xəbər verir ki, Şolts Ağ Evin gələcək rəhbəri ilə daim təmasda olduğunu deyib.
“ABŞ-ın gələcək prezidenti ilə bir neçə dəfə telefonda danışmışam. Təhlükəsizlik siyasətinə cavabdeh olan şəxslərlə də birbaşa əlaqə saxlayırıq. Əminəm ki, biz Ukrayna üçün ümumi strategiya hazırlaya biləcəyik”, – Şolts bildirib.
Azpost.info