Türk Dövlətləri Təşkilatının dini liderləri Fəxri Xiyabanı və Şəhidləri ziyarət edib –FOTOLAR

Türk Dövlətləri Təşkilatının müsəlman dini liderləri Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk şəhidliyini ziyarət edib. 

Azpost.info bildirir ki, oktyabrın 19-21-də Azərbaycan Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin görüşü keçiriləcək.

Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, Türkiyə Diyanət İşləri Başkanı Əli Erbaş, Özbəkistan müftisi Nuriddin Xoliknazarov, Qazaxıstanın baş müftisi Naurızbay Taqanulı, Qırğızıstan müftisi Zamir Rakiyev, Türkmənistan müftisi Yalkab Xocaquliyev Azərbaycana gəliblər.

 

 İstanbulda və Türküstanda görüşlərinin ardınca Bakıda keçirilən üçüncü görüşü oktyabrın 19-da Gülüstan Sarayında baş tutacaq.
Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının Əsasnaməsi oktyabrın 20-də Türk dünyasının Mədəniyyət paytaxtı Şuşada imzalanacaq, Birgə Bəyanat qəbul ediləcək.
Dini liderlər Şuşanın Yuxarı Gövhərağa məscidində birgə namaz qılacaqlar.
Oktyabrın 21-də Gülüstan Sarayında Türk Dövlətləri Təşkilatının müsəlman dini liderləri və elm adamları “Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyəri” mövzusunda beynəlxalq konfransda bir araya gələcəklər. Türk coğrafiyasının tanınmış elm və din xadimlərinin iştirak etdiyi konfransda Türk-İslam sivilizasiyasının perspektivlərinə və dünyada sülh və təhlükəsizlik işinə töhfələrinə dair fikir mübadiləsi aparılacaq, qardaş xalqlarımızın və dövlətlərimizin ortaq mənafe və ümumi maraqlarına xidmət edən addımlar müzakirə olunacaqdır.
Həmin gün dini liderlər Heydər məscidində Cümə namazı qılacaqlar.
Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Prezident İlham Əliyev və Mehriban Əliyeva Cəbrayılla Qubadlıya səfər edib