Türk İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon ABŞ dollarıdır

Türk İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon ABŞ dollarıdır. Nizamnamə kapitalı hər birinin nominal dəyəri 50 min dollar olan 10 min paya bölünüb.

Bununla bağlı qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 24-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Sənədə əsasən Fondun Prezidenti qurumun Rəhbərlər Şurası tərəfindən dörd illik müddətə uzatma və yenidən təyinetmə olmadan rotasiya əsasında təyin edilir.

Rotasiyaya Rəhbərlər Şurası tərəfindən qərar verilir və buna Fondun birinci prezidenti də daxildir.

Fondun birinci prezidenti Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurası tərəfindən dörd illik müddətə uzatma və yenidən seçilmə olmadan təyin edilir. Fondun prezidenti Direktorlar Şurasının sədridir, lakin səsvermə hüququ yoxdur. O, Direktorlar Şurasının iclaslarına sədrlik etmək, Rəhbərlər Şurasının qərarlarının icrasına nəzarət etmək, Fondu beynəlxalq arenada təmsil etmək, üzv dövlətlərin dövlət və hökumət başçıları ilə ünsiyyət qurmaq, həmçinin Fond üçün birgə maliyyələşdirmə və resursların səfərbər edilməsi imkanlarını axtarmaq kimi məsələlərə məsuliyyət daşıyır.

Əvvəlki məqalə

Naxçıvan şəhər DYP-nin rəisi işdən çıxarılıb

Sonrakı məqalə

Rusiya XİN Paşinyanın “Qarabağ Azərbaycan ərazisidir” açıqlamasına