Türkiyə Qəzza zolağında cərəyan edən vəziyyət fonunda İsrailin Təl-Əvivdəki səfiri Özkan Torunları məsləhətləşmələr üçün Ankaraya geri çağıracaq.
Azpost.info bildirir ki, bu barədə RİA Novosti ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
XİN-dən Qəzzada baş verənləri humanitar fəlakət adlandırıb. Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndələri mövcud vəziyyətin İsrailin mülki infrastruktura davam edən hücumlarının nəticəsi olduğunu vurğulayıblar.
Nazirlik həmçinin qeyd edib ki, Qüds atəşkəs çağırışlarına məhəl qoymayıb.
“Qəzza zolağında baş verən humanitar fəlakətlə əlaqədar Təl-Əvivdəki səfirimiz Şakir Özkan Torunların məsləhətləşmələr üçün Ankaraya geri çağırılması qərara alınıb”, – Türkiyə Xarici İşlər Nazirliyi bildirib.
Özkan Torunlar ötən ilin noyabrında iki ölkə diplomatik münasibətləri bərpa etdikdən sonra Türkiyənin Tel-Əvivdəki səfiri olub. Bundan əvvəl o, Fələstində səfir olub.
Azpost.info