“NATO üzvlük protokolunun ratifikasiyası prosesini başa çatdırarsa, 2023-cü ilin sonuna qədər İsveç NATO-nun tamhüquqlu üzvü ola bilər”.
Azpost.info-nun məlumatına görə, bu barədə RİA Türkiyə Böyük Millət Məclisindəki mənbəyə istinadən xəbər verir.
Mənbənin sözlərinə görə, parlamentin xarici işlər üzrə komissiyası noyabrın 16-da İsveçin müraciətinə baxmağa başlayacaq.
“İndi müsbət fon var, biz Stokholmdan konstruktiv yanaşma görürük. Vəziyyətə təsir edə biləcək hər hansı insident olmasa, prosesin ilin sonuna qədər başa çatdırılmasına ümid var”, – deyə agentliyin mənbəsi bildirib.
Xatırladaq ki, Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün 2022-ci ilin mayında müraciət edib. Bu ilin aprelində Finlandiya təşkilatın 31-ci üzvü olub. Stokholmun müraciəti Türkiyə və Macarıstan tərəfindən təsdiqlənməyib.
Daha əvvəl bildirilmişdi ki, NATO-nun baş katibi Yens Stoltenberq Alyansın bütün ölkələrinə məktub göndərərək, İsveçin noyabrın 28-29-dan gec olmayaraq təşkilata qəbul olunmasını tələb edib.
Azpost.info