Türkiyə, Rusiya, Suriya və İran rəsmiləri Moskvada görüşəcək- Bu tarixdə

Türkiyə, Rusiya, Suriya və İran nümayəndə heyətləri arasında Moskvada keçiriləcək görüşün tarixini açıqlanıb.

Azpost.info xəbər verir ki, bu barədə “Anadolu” agentliyi diplomatik mənbələrə istinadən yazıb.

Məlumata görə, xarici nümayəndə heyətləri martın 15-də Moskvaya gələcək, görüş martın 16-da keçiriləcək.

“TRT Haber” xəbər verir ki, martın 15-16-da Suriya ilə bağlı xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüş keçiriləcək.

Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Burak Akçapar başçılıq edəcək. Görüşdə Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov, İran xarici işlər nazirinin siyasi müşaviri Əli Əsgər Hacı və Suriya xarici işlər nazirinin müavini Aymen Susan da iştirak edəcək.

Azpost.info

Əvvəlki məqalə

Müğənni Manaf Ağayevin oğlu həbs edilib

Sonrakı məqalə

Azərbaycanda daha 4 nəfər COVID-19-a yoluxub