Türkiyə, Azərbaycan və Türkmənistan XİN başçılarının üçtərəfli görüşü keçirilib

Ankarada Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib. 

Üçtərəfli görüş zamanı dövlətlər arasında strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərin mövcud inkişafından məmnunluq ifadə olunub. 

Tərəflər dövlətlərin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşılıqlı hörməti bir daha bəyan ediblər.

Qeyd edək ki, üçtərəfli görüşə dair qəbul edilən bəyanatla əlaqədar nazirlər saziş  imzalayıblar. (APA)

**

Ankarada Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilir.

Üçtərəfli görüş zamanı XİN başçıları dövlətlər arasında strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin mövcud inkişafını müzakirə edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev Gürcüstanın yeni Baş nazirini təbrik edib

Sonrakı məqalə

“Türkiyənin regionda dayanıqlı sülhün təmin edilməsində rolu böyükdür” –