Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti uzadıldı- Ərdoğan sənədi təsdiqlədi

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hərbçilərinin Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki mandatının 2022-ci il noyabrın 17-dən daha 1 il uzadılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Azpost.info xəbər verir ki, müvafiq sənədin mətni Türkiyənin rəsmi nəşri olan “Resmi Gazete”də dərc olunub.

Sənəddə qeyd olunur ki, Türkiyə hərbçiləri iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında Sazişin müddəalarından çıxış edərək, Ankaranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə, həmçinin erməni işğalından azad edilmiş Azərbaycan ərazilərində atəşkəsə əməl olunmasını təmin etməyə, barışıq rejiminin pozulmasının qarşısını almağa davam edəcək.

2020-ci ilin noyabrında Türkiyə Xarici İşlər Nazirliyi Türkiyə Silahlı Qüvvələrinə bir il müddətinə Azərbaycana hərbi personal göndərmək səlahiyyəti verib.

Atəşkəs rejiminin monitorinqi üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir.

Azpost.info

Əvvəlki məqalə

“Dəhlizin təhlükəsizliyi ilə bağlı narahatlıq yoxdur”

Sonrakı məqalə

Bakı Rusiyanın sülhməramlıların müddətini uzatmaq təklifini rədd edib