Türkiyə hökuməti evlərin turistlərə kirayə verilməsi tələblərini sərtləşdirib

Turistlərə yaşayış sahəsini yüz gündən az müddətə icarəyə vermək istəyən əmlak sahibləri indi müvafiq lisenziya, eləcə də binanın bütün sahiblərinin razılığını almalıdırlar.

Azpost.info xəbər verir ki, “Resmi Gazete”də dərc olunan qərarda deyilir ki, lisenziyasız qısa müddətə mənzil kirayə vermək pul cəriməsi ilə cəzalandırılacaq.

Qanuna əsasən, kirayəçilərə lisenziya sahibinin istifadə etdiyi yaşayış yerini öz adından üçüncü şəxslərə icarəyə vermək də qadağandır.

Lisenziyası olmayan ev sahibini 100 min türk lirəsi inzibati cərimə gözləyir. Daha sonra qanunu pozan şəxsə lisenziya almaq üçün 15 gün müddət veriləcək. Ev sahibi bundan sonra da lisenziya almazsa, o, 500 min lirə məbləğində cərimələnəcək. Daha bir təkrar pozuntu ilə cərimənin məbləği əvvəlki ilə müqayisədə iki dəfə artaraq 1 milyon türk lirəsi olacaq.

Azpost.info

Əvvəlki məqalə

ABŞ-da Putinin mümkün varislərinin adları açıqlanıb

Sonrakı məqalə

“Ölkədə koronavirusla əlaqəli ağır vəziyyətdə olan xəstələr yoxdur”