“Türkiyə ilə azad ticarət haqqında saziş üzərində işləyirik” –İLHAM ƏLİYEV

“Türk dövlətləri arasında əməkdaşlıq Orta Dəhlizin inkişafına əsas töhfələrdən biri olacaq”.

Bu barədə Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bildirib.

Dövlət başçısı deyib: “Əgər ölkələrin coğrafi yerləşməsini nəzərdən keçirsək, – Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Xəzərin digər sahilində Azərbaycan, Gürcüstan və Türkiyə, – bu, əlavə imkanlar yaradır. Bir qədər əvvəl qeyd etdiyimiz kimi, bu gün ölkələrimiz arasında yüklərin tranziti artır. Bizdə olan məlumata görə, bu il həmin göstərici 70 faiz, gələn il isə bu rəqəm daha böyük ola bilər. Bütün bu yüklər Mərkəzi Asiyadan Transxəzər marşrutu üzrə Avropaya gedir”.

Prezident İlham Əliyevin sözlərinə görə, ikitərəfli ticarətin artırılması üçün yeni imkanlar mövcuddur. Dövlət başçısı, həmçinin qeyd edib: “Biz indi Türkiyə ilə gömrük rüsumlarından azad ediləcək malların adlarının siyahısının genişləndirilməsi və azad ticarət haqqında saziş üzərində işləyirik. Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi artıq 4 milyard dollardan çoxdur. Başqa ölkələrlə də eyni vəziyyəti görürük. Bir mühüm addım da var ki, digər aparıcı aktorlar da bu marşrutu etibarlı, təhlükəsiz və iqtisadi cəhətdən cəlbedici hesab edirlər”.

Azərbaycan Prezidentinin sözlərinə görə, tarif siyasətinin unifikasiyası, gömrük strukturlarının fəaliyyətinin əlaqələndirilməsi üzərində daha çox işləmək lazımdır ki, öz yüklərini haraya göndərmək barədə düşünən şirkətlər həm vaxta, həm də pula qənaət etmək üçün bu dəhlizdən istifadə etsinlər: “Bunun üçün potensial var və biz düzgün istiqamətdə irəliləyirik”.

Əvvəlki məqalə

“Güclü ordunuz, yaxşı müttəfiqləriniz varsa, özünüzü təhlükəsizlikdə hiss edə bilərsiniz” –

Sonrakı məqalə

“Bu, regionda heç də bütün ölkələri sevindirmir” –