“Türkiyə ilə Ermənistan sərhədinin bağlı qalmasına ehtiyac qalmır” –“Azərbaycanın bununla bağlı xüsusi qərarı yoxdur” (İLHAM ƏLİYEV)

“Azərbaycan-Ermənistan sərhəddi açılırsa, Türkiyə ilə sərhədin bağlı qalmasına ehtiyac qalmır. Bu, Türkiyənin verəcəyi öz qərarıdır. Azərbaycanın bununla bağlı xüsusi qərarı yoxdur”.

Azpost.info bildirir ki, bu sözləri prezident İlham Əliyev xarici və yerli jurnalistlər üçün keçirdiyi mətbuat konfransında “Türkiyə Ermənistanla sərhədini açarsa Bakının münasibəti necə olar?” sualının cavab verərkən bildirib.

İlham Əliyev qeyd edib ki, sərhədlərin bağlı olması qardaşlıq rəmzi idi: “Türkiyə Ermənistanla sərhədini 1993-də bağlamışdı. O vaxta qədər sərhəd açıq idi”.

Dövlət başçısı bildirib ki, Ermənistanda anti-Türkiyə təbliğatı güclü idi və bu gün də davam edir: “İndi münaqişə başa çatdı. Bölgədə yeni vəziyyət yaranıb. Amma Türkiyəyə qarşı erməni iddaları yenə qüvvədədir. Müharibədən əvvəl Ermənistan rəhbəri Sevr müqaviləsinə baxmağı səsləndirmişdi. Türkiyəyə qarşı ərazi iddiaları var. Bütün dünyada qondarma “soyqırımı” palamentlərdə qəbul etirirlər. Onlar ağlını başına yığmalıdır. Türkiyə kimi böyük dövlətə ərazi iddiası axmaqıqdır”.

İ.Əliyev deyib ki, yeni vəziyyəti nəzərə alaraq Türkiyə -Ermənistan əlaqələrinə normal baxırlar: “Sərhədin açılması ilə bağlı məsələni Türkiyənin özü müəyyən edəcək. Azərbaycan mənfi fikir bildirməyəcək. Hesab edirəm ki, bölgədə uzun müddətli barış üçün bütün ölkələr arasında münasibətlər olmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycanda türk ordusunun modelini yaratmaq əzmindəyik”-  

Sonrakı məqalə

Azərbaycanda son sutkada 219 nəfər COVID-19-a yoluxub –