Türkiyənin müdafiə naziri Azərbaycana gəlir

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin digər rəhbər heyəti ölkəmizdə keçirilən birgə təlimləri izləmək məqsədilə bu gün Azərbaycana səfər edəcək.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Anar Eyvazov bildirib.

Əvvəlki məqalə

“Rusiya sülh üçün öz şərtlərini diktə etməyə çalışsa, heç bir sanksiya ləğv edilməyəcək”

Sonrakı məqalə

“Aftandil İsrafilovun vəziyyəti ağırdır, böyrəkləri işləmir…” –