“Türkiyə terrorçuları dəstəkləyən ölkələrin ikiüzlülüyünə dözməyəcək”- ƏRDOĞAN

“Ankara Suriya və İraqda keçirdiyi hərbi əməliyyatlarla bağlı başqa ölkələrə hesabat verməyəcək”.

Azpost.info xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Vətənimizin və xalqımızın təhlükəsizliyi ilə bağlı addımlar atarkən heç kimdən icazə almağa ehtiyac duymuruq və heç kimə hesabat verməyəcəyik”, – Türkiyə lideri deyib.

O qeyd edib ki, Türkiyə cənub sərhədləri yaxınlığında 30 km dərinlikdə “təhlükəsizlik zonası” yaratmaq istiqamətində işləri davam etdirmək niyyətindədir.

Ərdoğan həmçinin bildirib ki, digər ölkələrin Suriyanın şimalında PYD və YPG adları arxasında gizlənərək özlərini Suriya Demokratik Qüvvələri adlandıran PKK-ya dəstək verməsi də qəbuledilməzdir: “Türkiyə terrorçuları dəstəkləyən ölkələrin ikiüzlülüyünə dözməyəcək”.

Prezident həmçinin vurğulayıb ki, Ankaranın təhlükəsizliyi və sülhü möhkəmləndirməyə yönəlmiş əməliyyatları heç kəsi narahat etməməlidir.

Azpost.info

Əvvəlki məqalə

Dövlət başçısı Tatarıstan Prezidentini qəbul edib

Sonrakı məqalə

Deputat Milli Məclisdə Azərbaycanın adını dəyişdirməyi təklif edib