Türkiyədə yük gəmisində partlayış olub

Türkiyənin Fethiye şəhəri sahillərində yerləşən Niue bayraqlı “Serenity Ac” yük daşıyan gəmisində partlayış baş verib.

Bu barədə Anadolu məlumat yayıb.

Hadisə nəticəsində 4 nəfər yaralanıb.

75 metrlik gəmi insident zamanı Fethiye adasının yaxınlığında lövbər salıb. Partlayışın səbəbləri hələ müəyyən edilməyib.

Sahil mühafizəsi hadisə ilə bağlı xəbərdarlıq alıb gəmiyə xilasedici və polis qayıqlarını göndərib. Yaralılar Fethiye xəstəxanalarına çatdırılıb. Onlardan birinin vəziyyəti ağırdır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.