TÜRKPA Laçın şəhəri ilə bağlı bəyanat verib

Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılmasına dair bəyanat verib.

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Katibliyi 9/10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq davam etməkdə olan prosesin bir hissəsi kimi, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılmasını təqdir edib.

Qeyd edilib ki, TÜRKPA qardaş Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə sadiqliyini bir daha xatırladaraq, Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşması üçün səylərə dəstəyini ifadə edir və bu prosesin Cənubi Qafqazda davamlı sülh, sabitlik və dayanıqlı inkişafa nail olunmasına töhfə verəcəyinə inanır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.