UEFA Çempionlar Liqası:“Qarabağ”ın pley-off mərhələsindəki rəqibi müəyyənləşib

Ağdamın “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.

İsveçrənin Nyon şəhərindəki püşkatma nəticəsinə görə, Ağdam təmsilçisi üçüncü təsnifat mərhələsində Macarıstanın “Ferentsvaroş” komandasını üstələyəcəyi təqdirdə, növbəti raundda “Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 16-17-də, cavab matçları isə avqustun 23-24-də olacaq. “Qarabağ” “Ferentsvaroş”a qarşı ilk görüşünü avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.

Əvvəlki məqalə

Çinin təyyarədaşıyan gəmiləri dənizə yön alıb

Sonrakı məqalə

“Azərbaycan, Türkiyə və Özbəkistan qardaşlığın möhkəmləndirilməsi yollarını müəyyən edir”