UEFA Putinlə bağlı şüarlara görə “Fənərbağça”nı 50 min avro cərimələyib

UEFA Türkiyənin “Fənərbağça” klubunu cəzalandırıb.

APA “Haberler.com” saytına istinadən xəbər verir ki, buna səbəb klubun Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundakı davranışı səbəb olub.

“Fənərbağça” Kiyev “Dinamo”suna uduzduğu vaxt azarkeşlər tərəfindən Vladimir Putin şüarlarının səslənməsi UEFA tərəfindən kulubun cəzalanmasına gətirib çıxarıb.

UEFA “Fənərbağça”nı 50 min avro məbləğində cərimələməklə yanaşı, komandanın avrokuboklardakı növbəti ev matçını qismən azarkeşsiz keçirməsinə qərar verib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.