Ukrayna Silahlı Qüvvələri Kurs və Belqorod vilayətinə PUA-larla hucum edib.
Azpost.info bildirir ki, bu barədə hər iki vilayətin qubernatorları məlumat verib.
“Ukrayna Silahlı Qüvvələrinin iki pilotsuz təyyarəsi Belqorod vilayətinin məskunlaşdığı ərazilərə hücum edib”, – deyə Belqorodun rəhbəri Qladkov Telegram kanalında yazıb.
O qeyd edib ki, Borisovka kəndində PUA-lar infrastruktur obyektinə hücum edib. Nəticədə qaz borusu qırılıb.
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri avqustun 8-də səhər saatlarında Kursk vilayəti üzərində Ukraynaya məxsus 6 PUA-nı və beş raketi vurub. Bu barədə vilayətin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov özünün Telegram kanalında məlumat verib.
“Bu gecə və səhər Kursk vilayətində hava hücumundan müdafiə qüvvələri altı PUA və daha beş raketi vurub”, – deyə Smirnov qeyd edib.
Qubernator yerli sakinlərə xatırladıb ki, dağıntılara yaxınlaşmaq və ya onlara toxunmaq qəti qadağandır.