Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın nə vaxtsa Şimali Atlantika Alyansına üzv olacağına şübhə etdiyini deyib.
Azpost.info xəbər verir ki, o bu barədə Nikolayevə səfəri zamanı tələbələrlə görüşdə danışıb.
“Bunun necə olacağını dəqiq bilmirik. Heç kim dəqiq deyə bilməz ki, NATO-da olacağıq, yoxsa olmayacağıq. İstəyirik, amma…”, – deyə Zelenski Ukraynanın hərbi bloka üzvlüyünün perspektivləri ilə bağlı sualı cavablandırıb.
“Buna baxmayaraq, Ukrayna NATO standartlarına doğru hərəkət edəcək və milli təhlükəsizliyin ən yüksək səviyyədə olmasını təmin etmək üçün hər şeyi edəcək”, – Zelenski bildirib.
Azpost.info