Ukrayna ordusunun Baş Komandanının köməkçisi qumbara partlamasından ölüb

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnının köməkçisi Gennadi Çastyakov qumbara partlaması nəticəsində ölüb.

Bu barədə UNİAN məlumat yayıb. Hadisə Kiyev vilayətində, onun evində baş verib.

Onun 13 yaşlı oğlu ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.