Ukrayna Rusiya ilə hərbi münaqişəni dondura bilməz. O, başa çatmalıdır.
Bunu Ukrayna prezidenti Vladimir Zelenski afrikalı jurnalistlərlə görüşü zamanı deyib.
“Gəlin bəzi Minsk razılaşmalarını imzalayaq və münaqişəni donduraq. Durğun, heç kim heç yerə hərəkət edə bilməz. Hamımız başa düşürdük ki, bu hələ müharibədir”.
Zelenskinin sözlərinə görə, dondurulmuş münaqişə Ukrayna üçün itkilər demək olacaq,
“Münaqişənin dondurulması onun istənilən vaxt yenidən başlanmasının mümkünlüyü deməkdir”, – deyə Zelenski vurğulayıb.
Ukrayna prezidenti etiraf edib ki, ölkə sülh istəyir.
“Sonluq fərqli ola bilər. Bu, bəzilərinin xoşuna gələ bilər, bəzilərinin xoşuna gəlməyə bilər, amma bu lazımdır”, – deyə Ukrayna rəhbəri əlavə edib
Eyni zamanda, Zelenski Kiyevin şərtləri ilə münaqişəyə son qoymaq istədiyini bildirib.