Ukrayna və Moldovanın Avropa İttifaqına üzvlük məsələsinə baxılacaq

Avropa Komissiyası Ukrayna və Moldova ilə bu iki ölkənin Avropa İttifaqına qoşulması üçün danışıqlar prosesinə başlanmasını tövsiyə etmək niyyətindədir.

Azpost.info bildirir ki, bu prosesə martın 24-də başlanacağı gözlənilir. Bu barədə Azadlıq Radiosunun Avropa İttifaqı müxbiri Rikard Yozvyak özünün X platformasındakı hesabından yazıb.

Jurnalistin sözlərinə görə Gürcüstana yaxın günlərdə növbəti mərhələyə qədər müəyyən şərtlərlə üzvlüyə namizəd statusu veriləcək. Yozvyak bu xəbəri 27 üzv ölkəni əhatə edən Avropa İttifaqı komissarlarının görüşünə istinadla verir.

Onlar noyabrın 6-da blokun genişləndirilməsinə dair məsələyə baxıblar. Yekun detallar üzrə danışıqlar noyabrın 8-də davam etdiriləcək, lakin əsas istiqamət artıq məlumdur.

Kiyev Avropa İttifaqı üzvlüyü üçün Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsindən bir neçə gün sonra müraciət edib. Bundan bir neçə ay sonra Ukraynaya üzvlüyə namizəd statusu verilib. Bu, Brüssel tərəfindən həlledici dəstək hesab oluna bilər.

Ötən həftəsonu Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Kiyevə səfər edərək o cümlədən həm də Ukraynanı üzvlük danışıqlarına hazırlığı məsələsini prezident Volodimir Zelenski ilə müzakirə edib.

Ukraynanın UNIAN agentliyinin məlumatına görə Ursula von der Leyen Kiyevin islahatların həyata keçirilməsinə mühüm irəliləyişə nail olduğunu deyib. Onun sözlərinə görə bu məqam komissiyanın hesabatında yer alacaq.

Avropa Komissiyası noyabrın 8-də Ukrayna, Moldova və Gürcüstanın Avropa İttifaqı üzvlüyü üçün hazırlığına dair hesabatı təqdim etməlidir.

AFP-nin verdiyi məlumata görə bu hesabatda habelə sözü gedən ölkələrlə üzvlük danışıqlarına başlanıb-başlanılmamasına dair qərar yer almalıdır.
Bütövlükdə bu sənədə Avropa İttifaqının dekabrın 14-15-də Brüsseldə keçiriləcək sammitində baxılmalıdır.

Əvvəlki məqalə

Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

Sonrakı məqalə

İranda zəlzələ olub –