Ukraynanın hucumu ilə bağlı Kursk vilayətində fövqəladə vəziyyət elan edilib

Rusiyanın Kursk vilayətində sərhədyanı rayonlarda ağır əməliyyat vəziyyəti qalmaqdadır. Avqustun 7-dən Kursk vilayətində fövqəladə vəziyyət elan olunub.

Azpost.info bildirir ki, bu barədə vilayətin qubernatoru Aleksey Smirnov bildirib.

Smirnovun sözlərinə görə, əməliyyat şəraiti yaxşılaşana qədər o, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə vahid dövlət sisteminin qüvvələrinin işini şəxsən əlaqələndirəcək.

“Xatırladıram ki, mənim rəhbərliyimlə əməliyyat qərargahı gecə-gündüz işləyir. Vəziyyəti şəxsi nəzarətimdə saxlayıram. Mən hüquq-mühafizə orqanları və federal mərkəzlə daim əlaqə saxlayıram. Kursk sakinlərinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirlər görülür”, – Smirnov qeyd edib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.