Ünvanlı sosial yardımla bağlı qaydaların dəyişdirilməsi təklif edilir

09 Mart 2021 - 10:42

Azərbaycanda “Ünvanlı sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydası”nda dəyişikliklər edilməsi təklif olunur.

Bu barədə Azərbaycan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2020-ci il üzrə illik məruzəsində bildirilib.

Sənəddə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinətin, 5-dən (beş) çox uşağı olan qadınlara müavinətin və borcun (o cümlədən kreditin) ailə üzvünün aldığı cari transfertlər siyahısından çıxarılması və bu məqsədlə Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydası”nda dəyişikliklər edilməsi təklif olunur.(APA)