ÜST koronavirusun hardan və necə yayılması barədə suala cavab verib –Tədqiqatın nəticələri

Ümumdünya Səhiyyə Təşkilatı nəhayət ki, koronavirusun necə və haradan yaylması barədə suala aydnılıq gətirib.

Azpost.info bildirir ki, bu barədə ÜST beynəlxalq mütəxəssislər qrupunun üzvü, doktor Piter Daszak “Nyu-York Tayms” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, koronavirus yarasalar tərəfindən Çinin çənubundan və Cənubi-Şərqi Asiyadan yayılıb: “Yarasalar vasitəsi ilə ya fermalardan birinin əməkdaşı, ya da fermada olan istənilən canlı –porsuq, itlər və digərləri yoluxa bilərdilər”-deyə ÜST mütəxəssisi vurğulayıb.

Daszak deyib ki, yekun nəticələri hazırlayan Çin alimlərinin və ÜST missiyasının üzvləri böyük əksəriyyəti bu hipoteza ilə razılaşıb.

ÜST mütəxəssisləri koronavirusun laboratoriyadan sızması barədə deyilənlərin inandırıcı olmadğını qeyd ediblər.

Qeyd edək ki, ÜST –ün beynəlxalq mütəxəssislərdən ibarət qrupu yanvarın 14-dən Uxanda koronavirusun meydana gəlmə səbəblərini araşdırmaq üçün tədqiqat aparır.

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Təhsil Nazirliyi vətəndaşları videoformatda qəbul edəcək –

Sonrakı məqalə

Bakıda sulu qar, qar yağacaq –