Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb. Bu barədə APA-ya şəhidin qardaşı məlumat verib. Vətən müharibəsinin ilk günlərindən itkin düşən Lerik rayonu, Anbu kənd sakini 1989-cı il təvəllüdlü kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun Cəbrayıl rayonu ərazisində nəşi tapılıb. Şəhid sabah böyüyüb boya-başa çatdığı kənddə dəfn olunacaq. Qeyd edək ki, kapitan Ə.Rəhmətov Qubadlı və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Allah rəhmət eləsin!