Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyən edilib

30 Aprel 2021 - 00:47

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbçisinin nəşi tapılıb.

2020-ci ilin oktyabr ayında Fizuli rayonu uğrunda gedən düyüslər zamanı itkin düşən leytenant Yusifov Əli Sülhəddin oğlunun nəşi aşkar olunub.

Bu barədə APA-ya acıqlama vətən Ə.Yusifovun atası Sülhəddin Yusifov bildirib ki, bu gün rayon hərbi komissarlığından oğlunun nəşinin aşkar edildiyi haqqında məlumat veriblər.

7 aydır itkin düşən şəhid zabitimiz Ə.Yusifov NMR-in Şərur rayonunun Oğuz kəndindən olub.

Allah Rəhmət Eləsin!