Vətən müharibəsində şəhid olmuş hərbçi Cəlilabadda dəfn olunub –YENİLƏNİB (FOTO)

Vətən müharibəsində şəhid olmuş hərbçi Ələkbər Əlövsət oğlu Musayev dəfn olunub.

Müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçu Ə. Musayev doğulduğu Cəlilabad rayonunun Mollalı kəndində bu gün torpağa tapşırılıb. 

***

**

Vətən müharibəsində şəhid olmuş hərbçimizlə Cəlilabadda vida mərasimi başlayıb.

Müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçu Ələkbər Əlövsət oğlu Musayevin nəşi doğulduğu Cəlilabad rayonunun Mollalı kəndinə gətirilib.

Şəhidlə vida mərasimində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, sakinlər iştirak edir.

Qeyd edək ki, Ələkbər Musayev 1999-cu il iyunun 16-da anadan olub.

O, Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində itkin düşmüşdü. Hərbçimizin şəhid olduğu bu gün məlum olub.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda tanınmış restoranlar cərimələndi –

Sonrakı məqalə

Azad olunan torpaqlardakı məscidlər tikiləndən sonra imamlar təyin olunacaq-